Səfir hesab edir ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistan səfəri sırf iki ölkə arasındakı münasibətlərlə bağlı deyil: “Nazirimiz Ermənistana Qaradəniz İqtisadi İşbirliyi Təşkilatının iclasında iştirak etmək üçün gedib. Bu iclasa azərbaycanlı nümayəndələrin gedəcəyini də güman edirəm. Bu səfər birbaşa olaraq Türkiyə- Ermənistan əlaqələri ilə bağlı deyil. Nəticələrini hamımız birlikdə görəcəyik”.
Səfir qeyd edib ki, Türkiyə- Ermənistan əlaqələrinin doğru istiqamətdə inkişaf etdirilməsini Azərbaycan tərəfi də dəstəkləyir: “Ermənistan-Türkiyə münasibətlərinin doğru bir məcrada irəliləməsi hər kəsin, Azərbaycanın da istəyidir.” Alper Çoşqun bildirib ki, iki dövlət arasında münasibətlərin normallaşmasının regiona yaxşı təsirləri olacaq.

































































































