Bakıda daha bir yol bağlanır

Bakıda daha bir yol bağlanır

Hazırda oxunan: Bakıda daha bir yol bağlanır

31442
Bakının mərkəzi prospektinin bir hissəsi bağlanır.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov cümə axşamı Trend-ə bildirib ki, avqustun 1-dən avqustun 2-ə keçən gecə saat 00:00-dan etibarən Tbilisi prospekti ilə Salamzadə küçəsi kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində olan yolda yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar olaraq avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək.

Bunu nəzərə alaraq, həmin yol ilə avtomobil sıxlığının, yol qəza hadisələrinin, tıxacların yaranmaması üçün 9-cu mikrorayon ərazisi üzrə küçə və yollardan alternativ yol kimi istifadə edilməsi xahiş edilir: "Və yaxud sürücülər Həsən Əliyev-Tbilisi prospektləri kəsişməsindən Yasamal rayon ərazisindən keçərək 3-cü kənar dairəvi yolla əsas magistrala çıxıb bölgələr istiqamətində sərbəst hərəkət edə bilərlər".

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə deyib ki, həmin yolda kommunikasiya xətləri dəyişdiriləcək, ikiqat yeni asfalt örtüyü salınacaq.
Qeyd edək ki, bu gün Bakının Tbilisi prospektinin 20 Yanvar qovşağından Salamzadə küçəsinədək olan hissəsində təmir işləri təqribən 500 metrlik hissədə həyata keçirilərək açılıb, həmin hissədə yeni asfalt-beton örtüyü salınıb, kommunikasiya xətləri dəyişdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO