Xədicə İsmayılova:

Xədicə İsmayılova: "Bu ölkəni təmizləmək də bizə düşər"

Hazırda oxunan: Xədicə İsmayılova: "Bu ölkəni təmizləmək də bizə düşər"

30686

Tanınmış jurnalist Xədicə İsmayılova mitinqdə iştirak etdiyinə görə, yəni konstitusion hüququndan istifadəyə görə 220 saat ictimai işlər cəzasına məhkum olunub.

Baş verənlərə münasibət bildirən Xədicə İsmayılova açıqlamasında bildirdi ki, mitinqdə iştirak etmək konstitusion hüququdur və buna görə də cəriməni ödəməməkdə israrlıdır: “Mən vətəndaş itaətsizliyi etdiyim zaman məhkəmə hökmünü bilərəkdən icra etməkdən boyun qaçırmışam və inzibati hüquqpozmaya yol vermişəm. Mən məhkəmə qərarını qeyri-adekvat hesab edirəm. Çünki 220 saat bu pozuntuya görə ədalətli deyil və mən bununla bağlı şikayət verəcəm. Mən bu cəzanı icra edəcəm. Qoy insanlar görsünlər ki, bu ölkədə fundamental hüquqlar necə pozulur. Mən süpürgəçi vəzifəsini seçdim ki, insanların daha çox toplaşdığı yer olsun və hər kəs bilsin ki, sərbəst toplaşma azadlığı vacib amildir. Biz bunu şərti olaraq ”demokratiya naminə süpür" aksiyası adlandırırıq. Bu ölkədəki vəziyyət hər kəsə aydındır və bu ölkəni təmizləmək də bizə düşər".

Göründüyü kimi, Xədicə xanım ictimai fəal olaraq, ictimai işlərdən çəkinmir. Və bu işdə heç bir kompleks görmür. Artıq onlarla jurnalist, ictimai fəal Xədicə xanıma dəstək olacağını, onunla çiyin-çiyinə küçə süpürəcəyini ifadə edib.

Jurnalist Çingiz Sultansoy öz “Facebook” səhifəsində yazır: “Xədicə xanım saxta məhkəmə-məzhəkə-sirk-klouna da kəsilən pul cəriməsini ödəməmək qərarına gəlib. Mən həmişə bu qərarı dəstəkləmişəm. İndi isə Xədicə ictimai iş adı ilə küçə süpürməyə məhkum edilib və deyib ki, gedib süpürəcək. Mən bu işdə ona dəstək olacam. Olmalıyam da”.

Jurnalist Natiq Ədilov da “Facebook” səhifəsində yazıb: “Xədicə xanımın Ilham Əliyevin nökər məhkəmələrinin kəsdiyi pul cəriməsini verməməyi düz və cəsarətli addımdır. Xədicə xanımı indi ictimai iş adı ilə küçə süpürməyə məhkum ediblər. O bəyan edib ki, gedib süpürəcək. Şübhəsizdir ki, mən də bütün varlığımla Xədicəni müdafiə etməyə hazıram”.

Bu sıralamanı uzatmaq da olar. Ancaq iki nümunə insanların nə düşündüyünü ifadə etməyə yetərlidir.
Xədicə İsmayılovanın 220 saat ictimai işlərlə cəzalanmasına “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev də münasibət bildirdi.

Mehman Əliyev hesab edir ki, Xədicə İsmayılova ilə bağlı qərar ədalətsizdir və siyasi qərardır: “Xədicə xanım bir vətəndaş, ictimai xadim kimi öz konstitusion hüquqlarından istifadə edib. Xədicə xanımın mövqeyi vətəndaş cəmiyyəti üçün müsbət bir nümunədir. Bu aksiya insanları öz hüquqları uğrunda mübarizə aparmağa vadar edəcək. Xədicə xanımın bu cəzanı icra etməsi onun nüfuzunu, cəmiyyətdəki mövqeyini daha da artıracaq”.

Son məlumatlara görə, ADP-çi gənc Cəmil Hacıyev və Xədicə İsmayılovanı məhkəmə icraçıları süpürüləcək əraziyə aparıblar.

Xatırladaq ki, hər iki şəxs Binəqədi rayon MKTB-nin tabeliyində olan ərazilərdə dalandar və süpürgəçi vəzifəsini icra edəcəklər.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO