Sumqayıtda veteranlara məxsus torpaqlar “yoxa çıxıb”

Sumqayıtda veteranlara məxsus torpaqlar “yoxa çıxıb”

Hazırda oxunan: Sumqayıtda veteranlara məxsus torpaqlar “yoxa çıxıb”

29909
Sumqayıtda müharibə veteranlarına ayrılan 400-ə yaxın torpaq sahəsi “yoxa çıxıb”. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, illər uzunu Sumqayıt veteranlarına ayrılan torpaq sahələri bir qrup şəxs tərəfindən mənimsənilib ki, bu da çoxlu sayda veteranın hüquqlarının tapdanması hesabına baş verib: “İllər uzunu Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin (AVMVB) Sumqayıt Şəhər Təşkilatına ayrılan və Sumqayıtdakı Qarabağ veteranlarının sosial durumunu yaxşılaşdırmaq üçün nəzərdə tutulan xeyli sayda torpağın bir qrup yetkili tərəfindən mənimsənildiyi bəlli olub. Məlum olub ki, təxminən 400-ə qədər torpaq sahəsi əsassız olaraq müxtəlif şəxslərin adına sənədləşdirilib. Hazırda bir qrup müharibə veteranı bu yöndə araşdırmalarını davam etdirir. Onların bildirdiyinə görə, araşdırmaların indiki vəziyyətində bu torpaqların Sumqayıt bələdiyyəsi və AVMVB-nin Sumqayıt şəhər təşkilatının yetkililəri tərəfindən mənimsənilməsi ilə bağlı ciddi şübhələr mövcuddur. Artıq bununla bağlı əlaqədar dövlət qurumlarından arxiv materiallarının əldə edildiyini bildirən veteranlar hesab edir ki, kifayət qədər fakt toplanandan sonra məhkəmə yolu ilə qanunsuz mənimsənilən torpaqların geri qaytarılması prosesinə start veriləcək”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO