Dekabrın 31-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimini pozan işğalçı ölkənin ordusu cavabını alıb. Belə ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdəki mövqelərində bir düşmən əsgəri ağır yaralanıb.xa0
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu, əsgər Qarik Vardanyandır. Erməni mətbuatı onun “dağlıq qarabağ ordusunda”x9d xidmət etdiyini iddia edib. Ölümcül yaralanmış əsgər Xankəndidəki hərbi hospitala çatdırılıb.xa0
Cəbhənin şimal-şərq istiqamətində yaralanan erməni hərbçinin vəziyyətinin ağır olduğu bildirilir. Lakin Vardanyanın durumu kritik olduğundan onu Ermənistana, İrəvandakı hərbi hospitala aparmaq qərarı verilib.xa0
Qeyd edək ki, düşmən tərəf son günlər həm iki ölkə sərhədləri, həm də təmas xətti boyunca xeyli aqressivləşib.

































































































