Hacı İbrahim Nehrəmli orduya 50 min manat yardım etdi...

Hacı İbrahim Nehrəmli orduya 50 min manat yardım etdi...

Hazırda oxunan: Hacı İbrahim Nehrəmli orduya 50 min manat yardım etdi...

130207
"Avesta" Konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli Silahlı Qüvvələrə Yardım Fonduna əlli min manat məbləğində vəsait köçürüb. 

Bu barədə  etibarlı mənbədən məlumat daxil olub. Hacı İbrahim Nehrəmli  məlumatı təsdiqləyib. 

O, qeyd edib ki, bu çətin günlərdə Azərbaycan xalqının hər bir nümayəndəsi Ali Baş Komandanın ətrafında sıx birləşməlidir. "Hesab edirəm ki, hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad edilməsi üçün əlindən gələni etməlidir. Bu bizim hər birimizin vətəndaşlıq borcumuzdur".

İş adamı zərurət yarandığı təqdirdə bundan sonra da Azərbaycan ordusuna yardım edəcəyini diqqətə çatdırıb. "Hesab edirəm ki, bu təşəbbüsə bütün iş adamlarımız qoşula bilər. Hər kəs bacardığını, əlindən gələni etməlidir. İş adamlarımızı bu təşəbbüsə qoşulmağa çağırıram. İnşallah tezliklə işğal olunan torpaqlarımız cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində işğaldan tamamilə azad olunacaq. O, torpaqlarda biz iş adamarı xalqımızın, dövlətimizin və cənab Prezidentimizin dəstəyi ilə dünyanı heyran qoyan layihələr həyata keçirəcəyik" - deyə Hacı İbrahim Nehrəmli vurğulayıb. (musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO