Əslən Təbrizdən olan, Azərbaycanın əməkdar artisti Yaqub Zurufçu ilə bağlı qalmaqal yaşanıb.
Müğənninin Almaniyanın Köln, Hamburq, Frankfurt şəhərlərində keçirəcəyi konsertlər müzakirələrə səbəb olub. İddia olunur ki, əməkdar artistinin konsertləri “paniranizm”x9d və “panfarsizm”x9d ideologiyasına xidmət edir.
Mözvu ilə bağlı Yaqub Zurufçu “Qafqazinfo”x9dya açıqlama verib. Müğənni bunun ona qarşı təxribat olduğunu söyləyib:
“Əgər bu, təxribat deyilsə, üz tuturam bu yalanları yayanlara biz konsert vermədən necə iftira yaza bilərsiz?!
İcazə verin biz gedək konsertimizi verək, ordan çəkilmiş videolara baxın, sonra tənqid edin. O ki, qaldı konsertmizin “Persian Consert “ adi ilə reklam olunmasına. Bu ad sadəcə və sadəcə həmin təşkilatçı şirkətin adıdır, Almaniyada böyük konsertlərin təşkilatçısıdır. Sübut üçün şirkətin veb saytının adını da qeyd edirəm:
“www.pc.posttick.com”x9d.

İfaçı problemə səbəb kimi afişanın Azərbaycan dilində çap olunmasını göstərir:
“Əgər çox vacib olsa, biz təşkilatçıdan xahiş edərik afişanı Azərbaycan dilində də çap edər. Mən də məhşur müğənni kimi , dünyanın çox ölkərində belə təşkilatçılarla iş görürəm. İndi mən sizə cavab verirəm! Mən Vətənim-Azərbaycanı, onun musiqisini tərənnüm edəndə siz dünyaya gəlməmişdiniz. İndi ölülər durub mürdəşir yuyur”x9d.
Yaqub Zurufçu konsertləri üçün müxtəlif ölkələrdən maddi dəstək alması barədə yayılan şayiələrə aydınlıq gətirib:
“Böhtanlarınızın gülməli tərəfi isə budur ki, mənim guya müxtəlif ölkələrdən maddi dəstək aldığımı yazırsız. Ay balam, onda mən milyarderəm ki... Hətta Azərbaycan ki, öz vətənimizdi guya burdan da kömək alıram”x9d.

Sənətçi ifa etdiyi “Kürdüstan”x9d mahnısı ilə bağlı ittihamlara da cavab verib:
“Yersiz yerə atdığınız böhtanların gözünə mənim ifa etdiyim “Kürdüstan”x9d mahnısı ilə bağlı şərlərinizi də qatırsız. Dəfələrlə açıqlama vermişəm, yenə də xalqımıza görə izah edirəm. Bu böhtançıların nə İran tarixindən, nə Cənubi Azərbaycandan xəbərləri yoxdur. Borcumdur ki, mən bir mədəni və ictimai xadim kimi onlara məlumat verim. Oncə onu deyim ki, İran ərazisində bir neçə vilayət var. Onlardan da birinin adı Gilan, Mazandaran, Xuzistan, Azərbaycan, Kürdüstan və sair.

Bu mahnını mən 38 il bundan öncə ifa etmişəm. O zaman ki, Kürdüstan və Azərbaycan qardaş kimi idilər. Şah rejimində siyasi təcridxanaların tamamı demək olar ki, kürdlər və azərbaycanlılardan ibarət idi. Onlar bir amal uğrunda mövcud rejimə qarşı çıxmışdılar. O dövrdə nə PKK var idi, nə terror, nə kürdlərin torpaq və dövlət qurmaq iddiaları var idi. Mən o zaman bu mahnını xalqların dostluğu yolunda oxumuşam. O kasetdə ki, bu mahnı ilə birgə daha 13 mahnı yer almışdı. Youtube da yer alan “Kürdüstan”x9d videolarına mən məsuliyyət daşımıram. Çünki bu videolardan xəbərim yoxdur. Böyük ehtimal ki, kürd əsilli insanlar düzəldib və yayıb”x9d.


































































































