Koronavirusun təyin edilməsində hansı testlərin effektivliyi yüksəkdir?

Koronavirusun təyin edilməsində hansı testlərin effektivliyi yüksəkdir?

Hazırda oxunan: Koronavirusun təyin edilməsində hansı testlərin effektivliyi yüksəkdir?

88211

"Koronavirus infeksiyasının diaqnostikasında seroloji, antigen, molekulyar və digər üsullardan istifadə oluna bilər. COVID-19 testinin müayinəsində hazırda molekulyar (PZR) və antigen testlərdən istifadə olunur. Bu üsulların hər birinin həssaslıq və spesifikliyi fərqlidir". 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yavər Hacısoy bildirib.

Onun sözlərinə görə, götürülmüş nümunədə PZR metodu istifadə olunaraq, nuklein turşusu amplifikasiyası yolu ilə koronavirusun RNT-si təyin olunur: 

"COVID-19 diaqnozunu təsdiqləyici test 3-8 saat ərzində nəticə verən PZR yaxmadır. Antigen testləri bu infeksiyanın təyinində kifayət qədər geniş istifadə olunur. Nümunə götürüldükdən sonra nəticə təxminən 30-60 dəqiqə ərzində hazır olduğuna görə bu testlərə sürətli, yəni ekspres testlər də deyilir. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar. 
PZR üsulu ilə nəticə gec hazır olsa da, həssaslığı və spesifikliyi daha yüksəkdir. Digər üsullar heç biri təsdiqləyici deyil. Belə ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə, PZR (polimerazalı zəncirvari reaksiya) üsulu koronavirus infeksiyasının təyinində əsas təsdiqedici test hesab olunur". 

Ekspert deyib ki, SARS-CoV-2 antigen testi üçün burun-udlaqdan götürülmüş yaxma nümunəsindən istifadə olunur: 

"Bu müayinə metodunun prinsipi virusun birbaşa hər hansı bir zülalının müəyyən olunmasına əsaslanır. Götürülmüş nümunədə virusa aid antigen (hissəcik) varsa istifadə olunan ekspress testin daxilindəki karta hopdurulmuş monoklonal anticisimlər ilə birləşir və pozitiv anlamına gələn rəngli xətt əmələ gətirir. PZR testi üçün isə burun, burun-udlaq, əsnək (orofaringel), ağız suyu və bəlğəm nümunələrinin hər hansı biri istifadə oluna bilər. 
 

Koronavirus ştamları genetik müayinə ilə təyin olunur. Bunun üçün ilkin olaraq götürülmüş nümunədə SARS-CoV-2 PZR testinin nəticəsi pozitiv olmalıdır.


Bundan sonra virusun sekvenləşdirmə ilə aminturşu ardıcıllığı və virusun hansı ştama aid olduğu müəyyən edilir. Bu analizlərin aparılması üçün xüsusi avadanlığa ehtiyac duyulur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO