Çində kütləvi peyvəndlənmə başlayır

Çində kütləvi peyvəndlənmə başlayır

Hazırda oxunan: Çində kütləvi peyvəndlənmə başlayır

5692

Çində risk qrupuna daxil olan insanların vaksinlənməsinə başlanılır.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Çinin dövlət sağlamlıq komitəsi rəhbərinin müavini Çzen İsin deyib.

O bildirib ki, havanın temperaturu hər yerdə azalır, bu da epidemioloji vəziyyətin daha da pisləşəcəyi deməkdir:

“Buna görə də bu şəraitdə və ümumiyyətlə təcrübəyə əsaslanaraq təcili vaksin istifadəsi vacibdir. Risk qrupuna daxil olan insanların  bir hissəsini peyvənd etmək üçün işimizi genişləndiririk.",- deyə o qeyd edib.

Birinci mərhələdə peyvənd gömrük müfəttişlərinə, tibb işçilərinə, dondurulmuş məhsulların idxalı ilə məşğul şəxslərə, dəniz və hava nəqliyyatında çalışanlara, dəniz məhsulları bazarlarında işləyənlərə, həmçinin ictimai nəqliyyat vasitələrində olanlara vurulacaq.

Bundan əlavə, peyvəndləmə çətin epidemioloji vəziyyəti olan ölkələrdə işə və ya oxumağa gedən insanlar arasında da aparılacaq.

Peyvənd artıq bazara çıxdıqda və ya istehsal həcmi artdıqda insanların vaksinlənmə dairəsi genişlənəcək. Bu artıq ikinci mərhələdə baş verəcək:

"Hal-hazırda Çində epidemioloji vəziyyət kifayət qədər yaxşıdır, lakin virusun xaricdən gəlmə təhlükəsi hələ də çox ciddidir. Biz  xəstə insanların ölkəyə yeni epidemiya gətirməsinin qarşısını almalıyıq.  Virusun ölkəyə yüklə girməsi kimi problem də var ",- deyə İsin bildirib.

Çinin dövlət sağlamlıq komitəsi rəhbər neçə insanın peyvənd edilməsi və hansı növ vaksindən istifadə haqqında heç bir məlumat verməyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO