“Böyrək xəstələri peyvənd oluna bilər, amma...” – Baş nefroloq

“Böyrək xəstələri peyvənd oluna bilər, amma...” – Baş nefroloq

Hazırda oxunan: “Böyrək xəstələri peyvənd oluna bilər, amma...” – Baş nefroloq

19240

“Xroniki böyrək xəstəlikləri, xüsusi ilə dializ müalicəsi alan və transplantasiya olunmuş xəstələr COVID-19 risk qrupuna aiddir. Xəstəliyin vaxtında müalicə olunması üçün həkimə müraciət etməli, yanaşı olaraq şəkərli diabet və hipertoniya xəstəliyi varsa, onların dərman korreksiyasına nail olmalı, hər hansı simptom baş verərsə dərhal həkimə müraciət etməlidir”.

Bizim.Media Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bunu qurumun baş nefroloqu Fariz Babayev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

ƏHALİYƏ TƏCİLİ XƏBƏRDARLIQ - Bu xəstələr mütləq peyvənd edilməlidir - VİDEO


Doktorun sözlərinə görə, həm kəskin həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir:

“Böyrək xəstəlikləri olan xəstələrdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri anoloji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir”.

F.Babayev bildirib ki, həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur. “Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır”,-deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO