“Mən özüm də peyvənd olunmuşam, heç bir yan təsiri yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə fevralın 15-də keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev Bakı Ali Neft Məktəbində - FOTO
“Əhali arasında risq bölgüsünə gəlincə, bununla bağlı konkret mülahizələr görürük. Lakin bu məsələdə hər kəsin təhlükəsizliyini təmin etmək zərurəti dərk edilməlidir. Milli peyvəndləmə də ciddi mövzudur”, - H.Hacıyev vurğulayıb.
Bizim.Media