AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, tədqiqatçı-publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) qələmə aldığı “Əyyub və Sənəm”x9d xa0dastanını təqdim edirik:
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
I HİSSƏ
xa0
Ustadlar ustadnaməni bütün dastanlarda deyiblər. Biz də deyək:xa0
xa0
Dada çağırmaqdan qabardı dillər,xa0
Dindar xa0“Allah”x9d dedi hər dolaşanda.xa0
Suyun artır, dənin azalt, daban ver,xa0
Daşı hərləyərmi pər dolaşanda?xa0
xa0
Tərsinə dönəndə çərxi-ruzigar,xa0
Qoldan qüvvə gedər, əldən ixtiyar.xa0
Ağzın atıb öz canını dağıdar
Dizləri zəncirli nər dolaşanda.xa0
xa0
Gəzdim ölkələri, gördüm az insan,xa0
Min əməl toxudu şeyidbaz insan.xa0
Nəfsinə “sus”x9d deyər, qudurmaz insanxa0
Əlində ixtiyar, zər dolaşanda.xa0
xa0
Əyyub, danış dərdi, bilim, yaxşıdı,xa0
Dünya vətən olsa, elim yaxşıdı.xa0
Yaman addan yaman ölüm yaxşıdı,xa0
Kamal səfil düşüb sər dolaşanda.xa0
xa0
Ustadlar istəməyib incisinin təki olsun. Biz də deyək, iki olsun.xa0
xa0
Bəxtin oxu daşa dəydi, neylərəm indən belə?xa0
Öz əlimlə öz bağrımı teylərəm indən belə!xa0
Mənim kimi dərdli görsəm, əylərəm indən belə,xa0
Dərdlilərə danışmaram, dərdi artar onların,xa0
Dağa-daşa həmdəm olub söylərəm indən belə!xa0
xa0
Dağların da dağ dərdi var, yazıq canım, çıx dağa,xa0
Çarə yoxdu, ara, axtar, bir dalda tap qalmağa,xa0
Öz başını öz əlinlə ver özünə sadağa.
Yaratmısan, yaranmışam, günahım nədir, Allah?xa0
Ömür tamam olanacan xa0göynərəm indən belə!xa0
xa0
Nə yaman günə qalmışam, zəhmət boş, üzüm qara,xa0
Gecə-gündüz səsim düşər sal qayalı dağlara.xa0
Əyyubu kim soraqlaya, kim tapa, kim apara?!xa0
Ümid yoxdu, güman yoxdu, can taqətsiz, yol yoxuş,xa0
Bu çöllərdə yol axtarıb döynərəm indən belə!xa0
xa0
Ustadlar çalışıb ki, ustadnaməni iki də yox, üç desinlər, biz də deyək, üç olsun, söz ocağımıza sacayağı güc olsun.
xa0
Sazın dastanı var, tarın muğamı,xa0
Muğamın qəhrini sim sarı çəkər.xa0
Allah özü naşılardan saxlasın,xa0
Naşının əlində sim sarı çəkər.xa0
xa0
Qürbət mənə çox dərd verdi, az aldı,xa0
Qərib üçün səhər danı az aldı.xa0
El arxası, elin oğlu azaldı,xa0
Oğul var ağrısın simsarı çəkər.xa0
xa0
Kamalım yerində, qəlbim saz olsa,xa0
O qədər yanmaram ömrüm az olsa.xa0
Harda tar dillənsə, harda saz olsa,xa0
Əyyubu özünə sim sarı çəkər.xa0
xa0
Hə, əzizlərim, sizə hardan deyim, kimdən xəbər verim, Kəlbəcərin Məmmədsəfi kəndində İmran adlı bir kişidən. İmran kişi yaşadığı kənddə və ətraflarda öz dövrünün hörmətli-izzətli, sayılan-seçilən adamlarından idi. O, böyük oğlunun adını Əyyub qoymuşdu. Əyyub erkən yaşlarından ədəb-ərkanı, məktəbdə yaxşı oxuması və şairlik istedadı ilə tay-tuşlarından seçilirdi. Oğlan 10-12 yaşlarına çatanda atası vəfat edir. Əyyub çətinliklə təhsil alır. xa0Orta, sonra da ali məktəbi bitirir. Təhsilini başa vurandan sonra “İstisu”x9d sanatoriyasında işə düzəlir. O, hər gün evdən çıxıb işinə gedirdi. Yaşadığı kəndlə İstisuyun arası piyada yoluyla 25-30 dəqiqəlik olardı. İstisudan keçən Tərtər çayı ilə Məmmədsəfi çayının arası ecazkar təbii gözəlliyi olan bir ərazi idi. Burada qayalardan süzülən buz kimi çoxsaylı bulaqlar var. Lalə, nərgiz, qan bənövşə, qaymaqçiçəyi, neçə rəngə çalan ləçəkləri qırmızı, yaşıl, sarı, göy, qara, ağ kiçik xalları olan, o tərəflərdə gəlinçiçəyi adlanan güllər bir-birinə qarışır.xa0
Burada çiçək növləri o qədər çoxdur ki, bir neçə dəqiqəyə yüzdən çox müxtəlif növ gözəl və ətirli çiçək yığıb toplamaq olar. Ulu Tanrı öz səxavətini bu yerlərdən əsirgəməmiş, qüdrət qələmini bura çalmışdı. Təbiət burada xüsusən yay aylarında daha məftunedici olur. Bir qayda olaraq, hər gün qız-gəlinlər buralara kəklikotu, əvəlik, quzuqulağı, baldırğan yığmağa gəlirdi.xa0
Belə isti yay günlərinin birində Əyyub İstisuya gedəndə iş stolunun üstünə qoymaq üçün bir dəstə çiçək toplayır. Yolu Sallanan deyilən bulaqdan düşür. Görür ki, bulağın üstündə İstisuya qonaq gələn bir neçə qız baldırğan, bulaqyarpızı yeyir. Qızlardan biri qaraqaş-qaragöz, dodağının üstündə iri qara xalı olan qıza göz vurub, “Deyəsən, oğlan çiçəkləri sənə verəcək”x9d, ”“ deyir. Əyyub da xallı qıza gözünü zilləyərək ürəyi döyünə-döyünə, əlləri əsə-əsə “Buyurun”x9d, ”“ söyləyib, həqiqətən çiçəkləri həmin qıza uzadır. Qız “Əmi, çox sağ olun”x9d, ”“ deyib, çiçəkləri alır. Əyyub pərt, tutulmuş halda görək qıza nə deyir, biz deyək, siz şad olun:xa0
xa0
Yığdığınız bu yarpızınxa0
Dadını bilmək olarmı?xa0
Bu dodağı xallı qızın
Adını bilmək olarmı?xa0
xa0
Qız:xa0
xa0
Bir dəstə gül bir qız almır,xa0
Tələsmə, oğlan, tələsmə!xa0
Sizlərdə bu nə qaydadır?xa0
Deyil ki talan, tələsmə!xa0
xa0
Əyyub:xa0
xa0
Şimşək kimi çaxışının,xa0
Bulaq kimi axışının,xa0
O sehrli baxışınınxa0
Odunu bilmək olarmı?xa0
xa0
Qız:xa0
xa0
Çiçək bitir qoxmaq üçün,xa0
Göz yaranıb baxmaq üçün.xa0
Sellər, sular axmaq üçün,xa0
Qanına dolan, tələsmə!xa0
xa0
Əyyub:
xa0
Sən Əyyubdan aralısan,xa0
Hansı yerin maralısan?xa0
Adın nədi, haralısan,xa0
Zatını bilmək olarmı?xa0
xa0
Qız:xa0xa0
xa0
Asan olmaz bu iş belə,xa0
Sən Sənəmi tutma dilə.xa0
Məndən cavab deyil hələ,xa0
Qoy qalsın qalan, tələsmə!xa0
xa0
Söz tamam olur. Əyyub qızlardan öyrənir ki, onlar aran ellərindən İstisuya gəliblər. Bir neçə gündən sonra Qaraarxac yaylağındakı xa0obalarına gedəcəklər. O, iş yerinə gəlir. Gecikməsinin səbəbini soruşurlar. Alır görək suala şeirlə necə cavab verir:
xa0xa0
xa0
Əziz qardaş, adım çıxdı yadımdan,xa0
Dəlidağda elə gördüm Sənəmi!xa0
Bir göz vurdum, toxunmadı nişana,xa0
Dedi: Yeri, qocalmısan sən, əmi!xa0
Aran gözəlisən, dağlar qarısan,
“Hansı bəxtəvərin vəfadarısan?”x9d
Dedim: gözəllərin tacidarısan,
Gülüb dedi: Dərdi qalıb sənəmi?xa0
xa0
Dedim: A mürvətsiz, umacağım var.xa0
Dedi: Kəsə danış, sözünü qurtar.xa0
Dedim: xa0Göz vurmuşam, özümə qaytar,xa0
Dedi: xa0Əyyub, gəl aldatma Sənəmi.xa0
xa0
Həmin gündən Əyyub Sənəmi unuda bilmir. Başa düşür ki, qızın məhəbbəti qəlbinə od salıb. Gəncliyin alovlu duyğuları onu yandırıb-yaxır. Nəhayət, bir gün işə gedəndə Sallanan bulaqda çiçək yığan qızların arasında yenə Sənəmi görüb onların yanına gəlir. Ürəyi dəmirçi kürəsinə dönür. Salam verib yaxınlaşır, titrək səslə görək bu dəfə nə deyir, tərəfindən ərz eyləyək:
xa0
Dəlidağın yaxasında səhərlər,xa0
Hara gözəlisən, a gül dərən qız?xa0
Səni gördüm, halım oldu birtəhər,xa0
Yaman qəmzəlisən, a gül dərən qız.
xa0
Sənəm:xa0
xa0
Haralıyam, gül dərirəm, sənə nə?xa0
Mənim yollarımda dolaşma, oğlan!xa0
Dəlidağın ətəyində sən beləxa0
Ağzına gələni danışma, oğlan!xa0
xa0
Əyyub:
xa0
Gözəl çiçək sinəndədi, gəl seçim,xa0
Canıyanmış, çıx yolumdan, qoy keçim.xa0
İnanmırsan, ver əlini and içim,xa0
Vallah, sevməlisən, a gül dərən qız.xa0
xa0
Sənəm:xa0
xa0
Özünü bu oda nə yandır, nə yax,xa0
Sən deyəni nə dil bilsin, nə dodax.xa0
Xəbərdar edirəm, düz gözümə bax,xa0
Bundan artığına qarışma, oğlan!xa0
xa0
Əyyub:xa0
xa0
Əyyubam, gözəlsən, yoxdu günahım,xa0
Qorxuram üstünə tökülsün ahım.xa0
İncimə sözümdən, kərəmli şahım,xa0
Bizə getməlisən, a gül dərən qız!xa0
xa0
Sənəm:xa0
xa0
Deyiblər ki, kişi olan mərd olar,xa0
Bu gedişlə Sənəm sənə dərd olar.xa0
Qorxağın qorxudan gözü dörd olar,xa0
Boş yerə bu qədər çalışma, oğlan!xa0
xa0
Əyyub yenidən Sənəmi dilə tutmağa çalışır:xa0
xa0
”“ Gözəl qız, qorxum sənin tərsliyindəndi. Görürsən ki, sənə olan məhəbbətim dağların zirvələri qədər uca, bulağın suyu kimi təmizdir. Qulaq as, bir daha gör nə deyirəm:
xa0
Bilməz kimi davranırsan,xa0
İstəyimi bilmirsənmi?xa0
Haqdan səni diləyirəm,xa0
Diləyimi bilmirsənmi?xa0
xa0
Sənəm:xa0xa0
xa0
Sizin elin qonağıyam,xa0
El qaydasın bilmirsənmi?xa0
Mən də bir elin qızıyam,xa0
El sövdasın bilmirsənmi?xa0
xa0
Əyyub:
xa0
Göydən gəlmiş bir mələksən,xa0
Gözəllikdə görənəksən.xa0
Axı mənə sən gərəksən,xa0
Gərəyimi bilmirsənmi?xa0
xa0
Sənəm:
xa0
Bir ibrət al öz eybindən,xa0
Gör nə deyər gəlib-gedən?xa0
Elçi gedib, qız evindənxa0
Qız almasın bilmirsənmi?xa0
xa0
Əyyub:xa0
xa0
İstəyimə külək demə,xa0
“Əyyub, məndən əl çək”x9d demə.xa0
Bu sevgimə “kələk”x9d demə,xa0
Ürəyimi bilmirsənmi?xa0
xa0
Sənəm:xa0
xa0
Mənə nağıl varaqlama,xa0
Uşaq bilib daraqlama.xa0
Burda Sənəm soraqlama,xa0
Qadağasın bilmirsənmi?xa0
xa0
Söz tamama yetir. Sənəm Əyyubdan təəccüblə soruşur:
O gün nə üçün çiçəkləri heç kəsə yox, mənə verdiniz?
Əyyub cavab verir:
”“ Sənəm xanım, həyat qəribəliklərlə doludur. Kiçik işlərdən böyük hadisələr yarana bilər. Bu çiçək əhvalatı da qoy gələcəyə bir təməl olsun.
Sənəm yenidən soruşur:
xa0”“ Siz sualıma niyə cavab vermədiniz?
Əyyub deyir:
xa0”“ Xahiş edirəm, cavabımdan heç kəs inciməsin, qızların içində gözüm səni tutdu, ilk baxışdan könlümə sən yatdın.
Sənəm deyir:
”“ Xoşunuza gələn hər qızla belə danışırsınız?xa0
Əyyub cavab verir:
”“ Xeyr. Sən sadəcə xoşma gəlmədin, günəşin şəfəqləri kimi süzülüb könlümə, ruhuma hopdun. İcazə ver davamını şeirlə izah eləyim:
Əyyub:xa0
xa0
Sən gözəlsən, mən heyranın, gəl görək
Hansımızın işi günaha qalıb?xa0
Könülə güc yoxdu, qərar sənindi,xa0
Nə hakimə qalıb, nə şaha qalıb.xa0
xa0
Sənəm:xa0
xa0
Məni dilə tutma, eldən ayıbdı,xa0
Yoldan azanlara cinayət qalıb.xa0
Atalar “namusu qoruyun”x9d deyib,xa0
Deyilən zamandan bu adət qalıb.xa0
xa0
Əyyub:xa0
xa0
Tutmusan yolumu, hər keçidimi,xa0
Seçim gözəllərin öz seçimidi.xa0
Sənin sevilməyin suiçimidi,xa0
Mənim sevilməyim Allaha qalıb.xa0
xa0
Sənəm:xa0
xa0
Sən nə qarşıma çıx, nə məni axtar,xa0
Bir gəliş gələrəm, qiyamət qopar.xa0
Sevə bilsən, səni sevən tapılar,xa0
Qismətindən qaçan xəcalət qalıb.xa0
xa0
Əyyub:xa0
xa0
Sözlərlə sözlərdə sözdən söz əkdim,xa0
Sözlərlə söz donlu şəklini çəkdim.xa0
Hər nə bilirdimsə, doğrayıb tökdüm,xa0
Söylə, demədiyim nə daha qalıb?xa0
xa0
Sənəm:xa0
xa0
Söz seçərkən öz dilindən əzəl seç,xa0
Haqqın olsun, haqq yoluna düzəl, seç.xa0
Mən qonağam, öz elindən gözəl seç,xa0
Eldən öz qızına ləyaqət qalıb.xa0
xa0
Əyyub:xa0
xa0
Bulandırdım sənin könül çeşməni,xa0
Bundan belə yaxın qoymaz heç məni.xa0
Məhəbbətin nifrət adlı düşmənixa0
Əyyubun yolunda əjdaha qalıb.xa0
xa0
Sənəm:xa0
xa0
Belə sözdən mənim qanım qaralmaz,xa0
Bilirsən ki, hər budaqda bar olmaz.xa0
Əjdahadan Sənəm bağrı yarılmaz,xa0
Məndən sənə belə şikayət qalıb.xa0
xa0
Söz tamama yetdi. Əyyub dedi:
xa0”“ Sənəm xanım, daşı ətəyindən tök, bil və agah ol, səni dünyalar qədər sevirəm, razılıq ver, elçi göndərim.
Sənəm də artıq bu neçə gündə özündən ixtiyarsız Əyyuba bənd olmuşdu, könlünün quluydu. Odur ki, elçi göndərilməsinə razılıq verir, amma şərt qoyur ki, elçilik yaylaqda yox, aranda ”“ ata-baba yurdunda ”“ Biləsuvarda olsun.
Əyyub çox sevinir, qızı bağrına basmaq istəyir, Sənəm imkan vermir və onun bu hərəkətindən inciyir. Əyyub onun könlünü almaq üçün çox yalvar-yaxar eləyir, Sənəm az eşidir. Aşiqinin üzünə baxmır ki, baxmır. İşləri korladığını handan-hana anlayan Əyyubun əli yerdən-göydən üzülür. Əlacı kəsilir. Ümid yenə şeirə qalır:xa0
Əyyub:
Gözəlliyin karıxdırdı, karıxdım,xa0
Kim mənim yerimdə karıxmazdı ki?xa0
Baxışımız qarışdı bir-birinə,xa0
Kim dözə bilərdi, darıxmazdı ki?xa0
xa0
Sənəm:
xa0
Qurban olum, əluzunluq eləmə,xa0
Bilirsən ki, elin el adəti var.xa0
Atamın, anamın haqqı boynumda,xa0
Qarşıda Allahın qiyaməti var.xa0
xa0
Əyyub:
xa0
Yerdə çiçəkləri əkəndə çəkib,xa0
Səni qızılgülə bükəndə çəkib,xa0
Allah gözəlliyi çəkəndə çəkib,xa0
Sənin gözəlliyin danılmazdı ki!xa0
xa0
Sənəm:
xa0
Əlin dəydi, canım elə ürpəndi,xa0
Elə bildim, yer yerindən tərpəndi.xa0
Şahidimiz bu bulaqdı, çəməndi,xa0
Hər kəsin paklığa ibadəti var.xa0
xa0
Əyyub:xa0
xa0
Kimə könül versən, onun nə dərdi,xa0
Ülfətin də gözəlliyin qədərdi.xa0
Baxışın həddimə qadağa verdi,xa0
Dilim bir ayrı söz danışmazdı ki...xa0
xa0
Sənəm:
xa0
Sən elçini göndər, budur doğrusu,xa0
Görək nə deyəcək bəxtin qurğusu.xa0
Bağışla, məlumdu qızın qorxusu,xa0
Kişidə bir kişi dəyanəti var.xa0
xa0
Əyyub:xa0
Əyyubu bu qədər get-gələ salma,
Eşqin laylasından kənarda qalma.
Barı insaf eylə, daşürək olma,
Dilin bir “hə”x9d desə, qan olmazdı ki!xa0
xa0
Sənəm:
xa0
Yola nərdivan var, çöl bazarı var,xa0
Misin mis bazarı, ləl bazarı var,xa0
Könül bazarı var, mal bazarı var,xa0
Sənəmin Əyyuba məsləhəti var.xa0
xa0
Söz tamama yetir. Onlar sonrakı günlərdə də burada bir neçə dəfə qarşılaşırlar. Bir gün Sənəm oğlana sabah Qaraarxaca gedəcəyini deyir. Əyyub həmin gün onu yola salmağa izin verməsini xahiş edir. Qız razılaşır.xa0
(ardı var...)






























































































