Ərdoğan Putinlə Ukrayna-Rusiya müharibəsini MÜZAKİRƏ EDƏCƏK 

Ərdoğan Putinlə Ukrayna-Rusiya müharibəsini MÜZAKİRƏ EDƏCƏK 

Hazırda oxunan: Ərdoğan Putinlə Ukrayna-Rusiya müharibəsini MÜZAKİRƏ EDƏCƏK 

98985

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərinin 2-ci günündə Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin VI Zirvə Toplantısında dövlət və hökumət başçıları qarşısında çıxış edəcək və müxtəlif ikitərəfli görüşlər keçirəcək. 

Bizim.Media “TRT”yə istinadən xəbər verir ki, ikitərəfli danışıqlar çərçivəsində Ərdoğan əvvəlcə Belarus Prezidenti Aleksandr Lukaşenko, daha sonra isə Rusiya lideri Vladimir Putinlə görüşəcək. 

Türkiyə rəhbəri Putinlə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti, Türkiyənin sülh səylərini və taxıl dəhlizini müzakirə edəcəyi ehtimal edilir. 

Həmçinin Ərdoğan Suriyadakı hadisələri də müzakirə edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO