Fransalı deputat sərsəmlədi:

Fransalı deputat sərsəmlədi: "Azərbaycan qazından imtina edək və..." - VİDEO

Hazırda oxunan: Fransalı deputat sərsəmlədi: "Azərbaycan qazından imtina edək və..." - VİDEO

93632

"Azərbaycan Ermənistana qarşı böyük hərbi hücuma başlayır. Fransa və Avropa yeni müharibənin qarşısını almaq üçün təcili hərəkət etməlidirlər".

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Parlamentində ölkəmizə qarşı qərəzli çıxışı zamanı fransalı deputat Fransua-Xavier Bellami deyib.

O, bir qədər də irəli gedərək Avropanı Azərbaycana qanuni tərəfdaş kimi yanaşmağa son qoymağa çağırıb:

"Gəlin, bu cinayətkar dövlətə qanuni tərəfdaş kimi yanaşmağa, ondan qaz almaqla təhdidlərini maliyyələşdirməyə son qoyaq. Effektiv sanksiyalar hazırlamaq üçün təcili tədbirlər görək. Biz BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etməliyik. Azərbaycanın cinayətkar təcavüzünə heç nə haqq qazandıra bilməz. İndi hərəkətə keçsək, bu müharibəni dayandıra bilərik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO