"Ermənistan sərhəddəki gərginliklə bağlı kömək istəyib" - Rusiya XİN

Hazırda oxunan: "Ermənistan sərhəddəki gərginliklə bağlı kömək istəyib" - Rusiya XİN

93546

Ermənistan Azərbaycanla sərhəddəki gərginliyin nizamlanması üçün kömək istəyib. 

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın təxribatı Daşkəsən, Kəlbəcər və Laçında toqquşmaya səbəb olub – MN


"Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və KTMT xətti ilə vəziyyətin həllinə köməklik göstərilməsi xahişi ilə müraciət daxil olub.

Biz Bakı və İrəvanla sıx təmasdayıq. Ümid edirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində sentyabrın 13-də Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək” - deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO