Avropa İttifaqı Ukraynaya 1 milyard avro müstəsna makromaliyyə yardımı göndərib. Artıq 500 milyon avroluq ilk tranş Ukrayna Milli Bankının hesabına köçürülüb.
Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı baş nazir Denis Şmıqal Telegram-da yazıb.
"İkinci tranşın sabah gəlməsini gözləyirik" deyə baş nazir qeyd edib.
Onun sözlərinə görə, 1 milyard avro müharibənin maliyyə nəticələrinin aradan qaldırılmasında Ukraynaya böyük dəstək paketinin bir hissəsidir və ümumilikdə bu məbləğ 9 milyard avrodur.
"Vəsaitlər prioritet büdcə ehtiyaclarının maliyyələşdirilməsinə kömək edəcək" deyə Şmıqal vurğulayıb.
Bizim.Media
![Ukrayna Avropa İttifaqından 500 milyon avro yardım aldı Ukrayna Avropa İttifaqından 500 milyon avro yardım aldı](https://bizim.media/file/articles/2022/08/01/1659360288_2.jpg)
- A-
- A
- A+
Dünya
17:35 / 01.08.2022
Ukrayna Avropa İttifaqından 500 milyon avro yardım aldı
Hazırda oxunan: Ukrayna Avropa İttifaqından 500 milyon avro yardım aldı
Hazırda oxunan: Ukrayna Avropa İttifaqından 500 milyon avro yardım aldı
86500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.