Ukrayna ordusu Melitopol aerodromuna zərbə endirdi – 200 ölü, 300 yaralı var - VİDEO

Ukrayna ordusu Melitopol aerodromuna zərbə endirdi – 200 ölü, 300 yaralı var - VİDEO

Hazırda oxunan: Ukrayna ordusu Melitopol aerodromuna zərbə endirdi – 200 ölü, 300 yaralı var - VİDEO

82429

Ukrayna silahlı qüvvələri işğal edilən Melitopol aerodromuna zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Kiyevə məxsus Telegram kanalında yer alıb.

Mənbə yazır ki, nəticədə 200-dən çox rus hərbçisi həlak olub, 300-dən çoxu yaralanıb. Bu faktı Melitopol şəhərinin meri İvan Fedorov təsdiq edib.

Onun sözlərinə görə, bu, şəhərdəki 4 ən böyük rus bazasından biri olub:

“Zərbədən sonra kazarmalar yanıb, sursat və yanacaq olan anbarlar partlayıb. Hərbçilər yanğının davam etdiyi aerodromu tərk ediblər. Yerli əməkdaşlar işə getməkdən qorxurlar”.

İvan Fedorov qeyd edib ki, son zamanlar Ukrayna döyüşçüləri düşmən arxasında böyük işlər görürlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO