Avropa insan ətinin dadını niyə təşviq edir? – QORXUNC GƏLİŞMƏLƏR

Avropa insan ətinin dadını niyə təşviq edir? – QORXUNC GƏLİŞMƏLƏR

Hazırda oxunan: Avropa insan ətinin dadını niyə təşviq edir? – QORXUNC GƏLİŞMƏLƏR

82341

İsveçdə qida şirkəti ilk dəfə insan əti dadı verən burger hazırlayıb. Burgerdə ət yoxdur. Burger soya, qida qlüteni, bitki yağları və ədviyyatların sirr kimi saxlanılan qarışığından hazırlanıb. 
Avropanın göbəyində birdən birə insan əti dadı verən burgerin hazırlanması bir təsadüf ola bilməz. Əgər bu təsadüf olsaydı yeni məhsul “Kann şirləri” festivalında “Gümüş şir” mükafatına layiq görülməzdi. Deməli burda konkret hədəflər var. 

Birincisi, insanları GMO məhsullarına tam alışdırmaq. Yazılanlardan aydın olur ki, yeni burger qeyri-təbii məhsullardan hazırlanır.

İkincisi, insanlar arasında qorxunc maraq oyatmaq. Çünki, tarixin ən aclıq illərində belə adamlar insan ətini yeməyiblər. Bu ətdən qidalanmanı bütün səmavi kitablar da qadağan edib. Lakin, birdən- birə insan ətinin təşviq edilməsi heç də təsadüf deyil. Üstəlik, insan əti dadı verən qida çox qısa zamanda ali mükafata layiq görülməsi də xeyli suallar doğurur.
 

MÖVZU İLƏ BAĞLI:

İnsan əti dadı verən burger icad edildi


Məsələ ilə bağlı Bizim.Media politoloq Cümşüd Nuriyevlə həmsöhbət olub.

O da eşitdiklərindən təsüfləndiyini bildirdi. Qeyd etdi ki, “İnsan orqanizmi gündə 2500 kalori qəbul etməlidir ki, normal çalışsın. Bu qədər qidanı qəbul etməyən insanlarda təbii ki, fizioloji aclıq olur. Ac insan isə hər zaman gərgin olur.

Bu gərginlik isə istər-istəməz dövlətə və cəmiyyətə sirayət edir. Ona görə də bütün dövlətlərin əsas məqsədi həmin gərginliyi aradan qaldırmaqdan ibarətdir. İsveç də ola bilsin ki, problemi həll eləmək üçün bu yolu seçib. Amma bu uğursuz bir yoldur. Əvvəla, insan ətinin dadını verən burgerin hazırlanması özü təhlükəli bir şeydir”. 

Politoloq onu da əlavə etdi ki, “bu bəlkə də gələcəkdə insanların bir-birinin ətlərini yeməyə hazırlamq üçün bir mesajdır. Özünü mütərəqqi sayan bir dövlətin belə bir addım atması ən azı qınanılasıdır.Bu həm dini normalara, həm insani normalara tamamilə zidd bir məsələdir.
Buna “Kann şirləri” festivalında “Gümüş şir” mükafatının verilməsinin də məqsədi təbliğ eləmək, cəmiyyətə mesaj verməkdir ki, yaxın gələcəkdə insanlar bir-birinin ətini yeməyə hazır olmalıdırlar. Ona görə də insanları o dada alışdırırlar ki, o dadı duysunlar, qəbul eləsinlər. Məqsəd budur”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO