ÜST: “Çin koronavirusun kökünü araşdıracaq qrupa icazə vermədi”

Hazırda oxunan: ÜST: “Çin koronavirusun kökünü araşdıracaq qrupa icazə vermədi”

7551

Çin koronavirusun kökünü araşdırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının işçi qrupunun ölkəyə girişinə icazə verməyib.

Bizim.Media “İHA”ya istinadla xəbər verir ki, bunu təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə jurnalistlərə açıqlamasında deyib.

“ÜST-ün  ekspertlərdən ibarət qrupu Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirusu araşdırmaq üçün səfər planlaşdırıb. Bu gün qrup artıq Uhanda işə başlamalı idi”,- deyə Qebreyesus qeyd edib.

ÜST Fövqaladə Hallar Proqramının direktoru Mayk Rayan isə “ümid edirik ki, bu problem ən qısa vaxtda həll olunacaq. Ekspertləri göndərmək üçün icazə alacağımıza inanıram”,- deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Çini  koronavirusla bağlı məlumatı gizlətdiyi üçün infeksiyanın yayılmasına rəvac verməkdə ittiham edib.

Bizim.Media, Vüqar Ağamalıoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO