Lukaşenko: “Rusiya-Ukrayna danışıqları Belarusun iştirakı olmadan baş tuta bilməz” – VİDEO

Lukaşenko: “Rusiya-Ukrayna danışıqları Belarusun iştirakı olmadan baş tuta bilməz” – VİDEO

Hazırda oxunan: Lukaşenko: “Rusiya-Ukrayna danışıqları Belarusun iştirakı olmadan baş tuta bilməz” – VİDEO

68495

Ukraynada sülh yolu ilə nizamlanmaya dair danışıqlarda Belarusun da mövqeyi səsləndirilməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko bu gün keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib. 

Görüntülər “Pul Pervoqo” Telegram kanalı tərəfindən yayımlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Lukaşenko ilə Putin görüşəcək


“Mən ilk dəfə olaraq xarici işlər nazirinin diqqətinə çatdırılan və Xarici İşlər Nazirliyinə onun həyata keçirilməsi tapşırılan mövqeyimizi sizə açıqlamaq istəyirəm. Belarusun iştirakı olmadan heç bir danışıqlardan söhbət gedə bilməz.

Madam ki, siz (Qərb dövlətlərini nəzərdə tutur) bizi bu işə cəlb etdiniz, ilk növbədə bu danışıqlarda Belarusun mövqeyi səsləndirilməlidir. Rusiya ilə eyni səbətə yükləndiyimiz anlamından çıxış etmirik.
Biz o mövqedən çıxış edirik ki, bu müharibə ölkəmizin sərhədinin arxasındadır və Belarusdakı vəziyyətə ciddi təsir göstərir.

Ona görə də Belarusun xəbəri olmadan ayrı-ayrı razılaşmalar ola bilməz. Mən tamamilə əminəm və bilirəm ki, Rusiya bu mövqeyi başa düşür. Və bunda səhv bir şey yoxdur. Amma bu, Qərbin niyyətinə zidd olardı. Amma bu, o demək deyil ki, biz Qərbin sədaları altında rəqs etməliyik”, - Aleksandr Lukaşenko bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO