Maradonanın forması hərraca çıxarıldı

Maradonanın forması hərraca çıxarıldı

Hazırda oxunan: Maradonanın forması hərraca çıxarıldı

68401

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatının 1/4 finalında İngiltərə ilə oyunda (2:1) geyindiyi forması hərracda satılacaq.

Bizim.Media xəbər verir ki, Maradona həmin oyunda dubla imza atıb. O, qollardan birini əli ilə vurub. Bundan sonra oyunçu “Tanrının əli” kimi tanınıb. 

Son 35 ildir ki, forma İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Stiv Hodca məxsus olub. O, matçdan sonra Maradona ilə forma dəyişdirib.
Geyimin qiyməti isə 5,25 milyon dollardır. Onlayn hərraclar mayın 20-dən mayın 4-dək keçiriləcək.

Qeyd edək ki, Argentina 1986-cı ildə dünya çempionatının qalibi olub. Dieqo Maradona isə turnirin ən yaxşı oyunçusu seçilib. O, 25 noyabr 2020-ci ildə 60 yaşında ürək tutmasından vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO