Polis idarəsinin rəis müavini saxlanıldı

Hazırda oxunan: Polis idarəsinin rəis müavini saxlanıldı

6761

Moskvanın Basmannı rayon polis idarəsinin rəis müavini, Cinayət Axtarış İdarəsinin rəisi Anzor Xamistxanov tutulub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

Mənbə bildirir ki, o, Moskvada bir nəfərdən 1,1 milyon rubl məbləğində rüşvət almaq istəyib.

Hüquq-mühafizə orqanları bu faktı təsdiqləyiblər.

İstintaqa görə, ticarət təşkilatlarından biri qızları fahişəliyə cəlb edirmiş. Anzor Xamistxanov isə bunu ört-basdır etmək üçün onlardan vasitəçinin köməyilə pul tələb edib.

Hazırda insidentlə bağlı cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO