ABŞ-dan Bayden və Putinin mümkün görüşünə dair AÇIQLAMA 

ABŞ-dan Bayden və Putinin mümkün görüşünə dair AÇIQLAMA 

Hazırda oxunan: ABŞ-dan Bayden və Putinin mümkün görüşünə dair AÇIQLAMA 

67053

“ABŞ prezidenti Co Baydenlə Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş yalnız Ukraynada gərginliyin əhəmiyyətli dərəcədə azalacağı və Moskvanın diplomatik əməkdaşlıq əhval-ruhiyyəsini nümayiş etdirdiyi halda mümkündür”. 

Bizim.Media xəbər verir ki, bunu Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild keçirilən brifinqdə bildirib. 

“Düşünürəm ki, Bayden çox aydın şəkildə dedi ki, bu, cənab Putinin nə haqqında danışmaq istəməsindən asılı olacaq. Prezidentlər arasında danışıqlar üçün şərtləri mən təyin etmirəm. Prezident Bayden belə bir dialoqdan əvvəl Rusiya tərəfindən nəzərəçarpacaq dərəcədə gərginliyin azaldılması və diplomatik fəaliyyətə dair açıq, səmimi öhdəliklərin tələb olunduğunu açıq şəkildə ifadə etdi” – deyə Bedinqfild əlavə edib. 

Qeyd edək ki, bundan əvvə Bayden Putinlə yeni təkbətək görüşün mümkünlüyünün istisna olmadığını bildirib.

Amerika lideri qeyd edib ki, potensial danışıqların təşkili perspektivi onların gündəliyindən asılıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO