ABŞ İsrailin İrana qarşı yeni müharibəyə başlamaq təklifini rədd etdi

ABŞ İsrailin İrana qarşı yeni müharibəyə başlamaq təklifini rədd etdi

Hazırda oxunan: ABŞ İsrailin İrana qarşı yeni müharibəyə başlamaq təklifini rədd etdi
626184
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail ABŞ-a İrana qarşı yeni hərbi əməliyyatlara qoşulmağı təklif etsə də, Vaşinqton bu təklifi qəbul etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalı adı açıqlanmayan israilli rəsmi şəxsə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrail təkcə İranın deyil, həm də onun müttəfiqlərinin mümkün hücumlarını dəf etməyə hazırdır.
 

O bildirib ki, İsrail hücuma məruz qalacağı təqdirdə böyük ehtimalla hərbi əməliyyatlara başlayacaq. Lakin ABŞ administrasiyası belə bir ssenarini də arzuolunmaz hesab edir.


Mənbə həmçinin İran rəhbərliyi daxilində fikir ayrılıqlarının olduğunu iddia edib. Bildirilib ki, İranın xüsusi xidmət orqanları ayətullah Əli Xameneinin öldürülməsinə cavab olaraq İsrail rəhbərliyinə qarşı sui-qəsdlər hazırlayıb. Bu iddia müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO