Rusiyaya qarşı "Cəhənnəm sanksiyaları" ABŞ-ın öz ayağına atılan güllə olacaq?

Rusiyaya qarşı "Cəhənnəm sanksiyaları" ABŞ-ın öz ayağına atılan güllə olacaq?

Hazırda oxunan: Rusiyaya qarşı "Cəhənnəm sanksiyaları" ABŞ-ın öz ayağına atılan güllə olacaq?

626172

ABŞ prezidentinin administrasiyasında ehtiyat edirlər ki, Konqresə təqdim edilən Rusiya əleyhinə "cəhənnəm" sanksiyaları layihəsi dolların beynəlxalq hesablaşmalarda əsas valyuta rolunu ciddi şəkildə sarsıda bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Söhbət mərhum senator Lindsi Qrem tərəfindən təklif olunan sanksiyalar paketindən gedir.

Orada Rusiya enerji daşıyıcılarını alan ölkələrə qarşı 100%-lik rüsumların tətbiq edilməsi tələbi var.

Lakin Ağ Evdə yan təsirlərdən narahatdırlar: Vaşinqton sanksiyalardan və dollardan geosiyasi təzyiq aləti kimi nə qədər fəal istifadə edərsə, digər ölkələr ondan bir o qədər çox uzaqlaşmağa, Çin yuanına, kriptovalyutalara və alternativ ödəniş sistemlərinə keçməyə çalışırlar.
 

NYT Milli İqtisadi Araşdırmalar Bürosunun analitik qeydinə istinad edir ki, burada Belarus, Qırğızıstan, Myanma və Rusiya kimi ölkələrin nümunəsi göstərilir. Araşdırmaya görə, ciddi Qərb sanksiyalarına məruz qalan ölkələr yuanla hesablaşmalara daha həvəslə keçirlər, bu da dünya ticarətində dolların roluna zərər verə və Çinin mövqeyini gücləndirə bilər.


Məqalədə, həmçinin maliyyə naziri Skott Bessentin fikri də yer alıb. O bildirir ki, aydın müddətləri olan nöqtəvi sanksiyalar daha effektivdir, illərlə nəticə verməyən sanksiyalar isə gözlənilməz uzunmüddətli nəticələrə səbəb ola bilər. Bessent, həmçinin vurğulayır ki, dolların dünya hesablaşma sistemindəki dominantlığı ABŞ üçün həlledici əhəmiyyətə malikdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO