ABŞ Səudiyyə Ərəbistanına uranı zənginləşdirməyə icazə verəcək?

ABŞ Səudiyyə Ərəbistanına uranı zənginləşdirməyə icazə verəcək?

Hazırda oxunan: ABŞ Səudiyyə Ərəbistanına uranı zənginləşdirməyə icazə verəcək?
626150
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tramp administrasiyası Səudiyyə Ərəbistanına dinc nüvə enerjisi sahəsində əməkdaşlıq sazişi çərçivəsində uranı müstəqil şəkildə zənginləşdirməyə icazə verməyə ilkin razılıq verib.

Bizim.Media xəbər verir ki, CNN-in mənbələrə istinadən verdiyi məlumata görə, Amerika-Səudiyyə danışıqları oktyabr ayında başa çatıb, lakin Ər-Riyadın mülki nüvə proqramına dəstəyi nəzərdə tutan saziş layihəsi hələlik prezidentin imzasını gözləyir.
 

Məlumata görə, saziş Səudiyyə Ərəbistanından MAQATE ilə "Əlavə Protokol" kimi tanınan standart gücləndirilmiş təminat sazişinin qəbul edilməsini tələb etmir. Bunun əvəzinə, təminatlar ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanacaq ayrıca sazişlə tənzimlənəcək.


Mütəxəssislər xəbərdarlıq edirlər ki, ciddi təminatların olmaması Ər-Riyad üçün potensial olaraq nüvə silahı yaratmağa yol aça bilər.

Səudiyyə Ərəbistanının vəliəhdi bin Salman daha əvvəl bəyan etmişdi ki, əgər İran nüvə bombasına sahib olarsa, krallıq da özünün nüvə silahını yaratmağa başlaya bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO