Makron Zelenskinin xahişini Putinə çatdırdı: “Müharibəni dayandır, danışıqlara hazıram”

Makron Zelenskinin xahişini Putinə çatdırdı: “Müharibəni dayandır, danışıqlara hazıram”

Hazırda oxunan: Makron Zelenskinin xahişini Putinə çatdırdı: “Müharibəni dayandır, danışıqlara hazıram”

61827

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlara başlamaq xahişini ona çatdırıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.

Fransa liderinin sözlərinə görə, o, Zelenskinin xahişi ilə prezident Putinlə səmimi söhbət edib və Ukrayna prezidentinin dediklərini Kremlin sahibinə çatdırıb:

“İlk növbədə döyüşləri mümkün qədər tez dayandırmasını xahiş etdim,  Zelenskinin danışıqlar aparmaq istəyini ona çatdırdım”. 

Cümə günü axşam Avropa İttifaqının fövqəladə sammitindən sonra Brüsseldə keçirdiyi mətbuat konfransında Makron vurğulayıb ki, Zelenski Putinə zəng etməyi xahiş edib, çünki özü onunla əlaqə saxlaya bilmir.
Makron Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün Rusiya Federasiyası ilə əlaqə kanallarının saxlanmasının vacibliyindən də danışıb, lakin hazırda Rusiyanın qəsdən fərqli yol seçdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO