Putindən NATO-ya MESAJ: “Yeni silahımızın dünyada tayı-bərabəri yoxdur” – VİDEO

Putindən NATO-ya MESAJ: “Yeni silahımızın dünyada tayı-bərabəri yoxdur” – VİDEO

Hazırda oxunan: Putindən NATO-ya MESAJ: “Yeni silahımızın dünyada tayı-bərabəri yoxdur” – VİDEO

61523

Rusiya prezidenti Vladimir Putin Vətənin Müdafiəçisi Günü münasibətilə təbriki zamanı ən güclü silahın orduya veriləcəyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiyanın RBK telekanalı yayıb. Rusiya lideri qeyd edib ki, bu silahın bütün dünyada tayı-bərabəri yoxdur.

"Biz qabaqcıl rəqəmsal texnologiyaların və süni intellektin istifadəsini genişləndirmək üçün hipersəs daxil olmaqla və yeni fiziki prinsiplərə əsaslanan qabaqcıl silah sistemlərini inkişaf etdirəcəyik”, deyə o vurğulayıb.
Kremlin sahibi silahlı qüvvələrin potensialını əhəmiyyətli dərəcədə artıran belə kompleksləri “gələcəyin silahı” adlandırıb. 

Eyni zamanda o, əlavə edib ki, Rusiya ordusu və donanmasının təkmilləşdirməsi və təchiz edilməsi ardıcıl olacaq, çünki “beynəlxalq vəziyyət heç də yaxşı deyil”.

Prezidentin sözlərinə görə, Rusiyanın dinc həyatı və “sabit, mütərəqqi inkişafı” üçün ölkənin müdafiə qabiliyyətini təmin etmək lazımdır. Putin bunu ən mühüm dövlət işi adlandırıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO