Ərdoğan Zelenski ilə telefonla danışdı – NƏYİ MÜZAKİRƏ ETDİLƏR?

Ərdoğan Zelenski ilə telefonla danışdı – NƏYİ MÜZAKİRƏ ETDİLƏR?

Hazırda oxunan: Ərdoğan Zelenski ilə telefonla danışdı – NƏYİ MÜZAKİRƏ ETDİLƏR?

0:00
0:00
61349

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin NTV telekanalı yayıb.

Mənbə yazır ki, tərəflər Rusiyanın "DXR" və "LXR"i tanımasını müzakirə ediblər. Ukrayna Prezidenti də türkiyəli həmkarı ilə telefon danışığına dair “Twitter”də paylaşım edib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığım oldu. Rusiyanın son təxribatçı qərarları ilə bağlı Ukraynanın mövqeyini dəstəklədiyinə görə Türkiyəyə təşəkkürümü bildirdim. Həmçinin Ukrayna, Türkiyə və Almaniyanın iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin keçirilməsi təşəbbüsünə verdiyi dəstəyə görə Prezident Ərdoğana təşəkkür etdim”, - Ukrayna dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO