İsrail prezidenti Türkiyəyə səfəri HAQDA: “Mühüm xarakter daşıyır”

İsrail prezidenti Türkiyəyə səfəri HAQDA: “Mühüm xarakter daşıyır”

Hazırda oxunan: İsrail prezidenti Türkiyəyə səfəri HAQDA: “Mühüm xarakter daşıyır”

60987

Ötən həftə Türkiyə prezidentinin mətbuat katibi və müşaviri İbrahim Kalın, Türkiyə xarici işlər nazirinin müavini Sədat Ünaldan ibarət Türkiyə nümayəndə heyəti İsrailə səfər edib. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər yəhudi dövlətinin başçısı İzak Hersoqun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə martın 9-da Ankarada keçirilməsi planlaşdırılan görüşünə hazırlıq çərçivəsində baş tutub.

İsrailin Vesty.co.il nəşri yazır ki, Türkiyə rəsmiləri İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Alon Uşpiz, Prezident Aparatının baş direktoru Eyal Şviki ilə danışıqlar aparıblar.

"Türkiyə və İsrailin regionda böyük təsiri var. Tərəflər razılaşıblar ki, ölkələr arasında münasibətlərin normallaşması regionda sabitliyə töhfə verə bilər", - İsrail və Türkiyə tərəfləri arasında danışıqlardan sonra yayılan birgə bəyanatda deyilir.

O da qeyd olunur ki, Türkiyə nümayəndə heyəti ilə danışıqlar zamanı gözlənilmədən İzak Hersoq zala daxil olaraq Ankaradan gələn qonaqları salamlayıb.

İsrail prezidenti qeyd edib ki, onun Türkiyəyə səfəri mühüm xarakter daşıyır. Ankara nümayəndələri əmin ediblər ki, Türkiyə xalqı və prezident şəxsən yəhudi dövlətinin başçısını məmnuniyyətlə qəbul edəcəklər.

Onlar həmçinin vurğulayıblar ki, səfər ən yüksək səviyyədə keçəcək.

İzak Hersoqun Türkiyəyə səfəri uzun illərdən sonra belə yüksək rütbəli israilli qonağın Ankaraya ilk səfəri olacaq. Onun Ankarada  Ərdoğanla danışıqlarının ölkələr arasında münasibətlərin normallaşmasına gətirib çıxaracağı gözlənilir.

Çox güman ki, Hersoqun səfərindən sonra iki dövlət səfirlərin geri qayıtdığını elan edəcək.

Hersoqun Türkiyəyə səfər etməzdən əvvəl Yunanıstan və Kiprə səfər edəcəyi, müttəfiqləri Ankara ilə münasibətlərin yaxşılaşdırılmasının onlarla tərəfdaşlığa təsir etməyəcəyinə inandırması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO