The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

Hazırda oxunan: The Economist: Dünya ən pis ssenariyə hazırlaşmalıdır – FOTO

602633

ABŞ və İran arasında yaranmış hazırkı gərginlik ABŞ Prezidenti Donald Trampın siyasi mövqelərinə ciddi zərbə vura bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə The Economist jurnalı məlumat yayıb.
 

Nəşrin qiymətləndirməsinə görə, hazırda münaqişənin konkret məqsədləri və mümkün nəticələri qeyri-müəyyən olaraq qalır. Eyni zamanda, dünya bazarlarında neft qiymətlərinin artması seçicilərin hakimiyyətə olan etimadına mənfi təsir göstərə bilər.


Məqalədə qeyd olunur ki, mövcud vəziyyət təkcə Trampın siyasi mövqelərini zəiflətmək riski daşımır, həm də onu daha sərt və riskli qərarlar qəbul etməyə sövq edə bilər.

Qeyri-müəyyənlik şəraitində siyasətçinin öz mövqelərini möhkəmləndirmək məqsədilə daha kəskin addımlar ata biləcəyi vurğulanır.
 

Jurnal analitiklərinin fikrincə, bu proses yalnız ABŞ daxilində siyasi vəziyyətə deyil, həm də beynəlxalq sabitliyə mənfi təsir göstərə bilər.


İranla qarşıdurma sadəcə hərbi münaqişə deyil, mürəkkəb siyasi proses kimi qiymətləndirilir. Yaxın vaxtlarda qəbul olunacaq qərarların həm Yaxın Şərq regionuna, həm də qlobal güc balansına ciddi təsir göstərə biləcəyi bildirilir.

Xatırladaq ki, daha əvvəl Donald Tramp bəyan etmişdi ki, ABŞ planlaşdırılan hücum barədə müttəfiqlərini qəsdən məlumatlandırmayıb. Onun sözlərinə görə, bu addım gözlənilməzlik effektini qorumaq məqsədi daşıyıb və əməliyyat əvvəlcədən detallı şəkildə hazırlanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO