Türkiyənin Dənizçilik üzrə Baş İdarəsi ölkə bayrağı altında üzən gəmiləri Hörmüz boğazında vəziyyətlə bağlı bildirişləri diqqətlə izləməyə və zərurət yarandıqda Türkiyənin Axtarış və Xilasetmə Əməliyyatlarının Koordinasiya Mərkəzinə müraciət etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, İdarədə İran tərəfindən Hörmüz boğazının bağlanması və boğaz ərazisində ISPS-in (Gəmilərin və Liman Qurğularının Mühafizəsi üzrə Beynəlxalq Məcəllə) üçüncü – müstəsna təhlükəsizlik səviyyəsinin elan edilməsi barədə daxil olan məlumatlara diqqət çəkilib.
Bu rejimin qüvvədə olduğu müddətdə xüsusi təhlükəsizlik tədbirləri görülür, gəmi heyətləri isə yerli hakimiyyət orqanları ilə sıx əlaqədə fəaliyyət göstərərək xüsusi protokol və təlimatlara əməl edirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:45 / 01.03.2026
Türkiyə Hörmüz boğazı ilə bağlı gəmilərinə xəbərdarlıq etdi
Hazırda oxunan: Türkiyə Hörmüz boğazı ilə bağlı gəmilərinə xəbərdarlıq etdi
Hazırda oxunan: Türkiyə Hörmüz boğazı ilə bağlı gəmilərinə xəbərdarlıq etdi
599035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































