İraq Xameneinin öldürülməsi ilə əlaqədar üçgünlük matəm elan etdi

İraq Xameneinin öldürülməsi ilə əlaqədar üçgünlük matəm elan etdi

Hazırda oxunan: İraq Xameneinin öldürülməsi ilə əlaqədar üçgünlük matəm elan etdi

598958

İraq hökuməti İranın ali rəhbəri ayətullah Əli Xameneinin öldürülməsi ilə əlaqədar ölkədə üçgünlük milli matəm elan edib.

Bizim.Media İraq İnformasiya Agentliyinə (INA) istinadən xəbər verir ki, bu barədə informasiyanı hökumətin rəsmi nümayəndəsi Bassem əl-Avadi yayıb:
 

“Böyük kədər və hüznlə hörmətli İran xalqına və bütün islam ümməsinə alim və mücahid, ali rəhbər, Zati-aliləri Ayətullah Seyid Əli əl-Hüseyni əl-Xameneinin şəhid olması münasibətilə başsağlığı veririk. Biz onu Peyğəmbər ailəsinin öncül nümayəndələrindən biri hesab edirik.”


O, həmçinin qeyd edib ki, bu qətl “açıq-aşkar təcavüz və bütün insani və mənəvi normaları pozan qınanılası bir hərəkət nəticəsində baş verib və beynəlxalq qanunlara və konvensiyalara ziddir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO