Tramp söz verdi: Qrenlandiyanın hər sakininə 1 milyon dollar paylanacaq

Tramp söz verdi: Qrenlandiyanın hər sakininə 1 milyon dollar paylanacaq

Hazırda oxunan: Tramp söz verdi: Qrenlandiyanın hər sakininə 1 milyon dollar paylanacaq

592064

Qrenlandiyanın ABŞ-a birləşməsinə səs verərlərsə, adanın hər bir sakininə 1 milyon dollar verilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Daily Mail” nəşri yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp adanın ölkəsinə qatılması müqabilində yerli əhaliyə belə bir təklif etmək niyyətindədir.

Lakin siyasətçinin bu ideyanı hələ nəzərdən keçirdiyi bildirilir.

Qeyd edək ki, Danimarka krallığının muxtar ərazisi olan Qrenlandiyanın əhalisi 57 min nəfər təşkil edir.

Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-a qatılmalı olduğunu bildirib.

Danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO