Parisdə 50 nəfərin məclis təşkil etdiyi binanın mərtəbələrindən biri çöküb.
Bizim.Media “Figaro”ya istinadla xəbər verir ki, hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə 150-dək xilasedici, 50 avtomobil texnikası və həkim briqadası cəlb olunub. İlkin məlumata görə çökməyə səbəb qaz sızması ilə deyil, binanın konstruksiyasının köhnəlməsi ilə əlaqədardır.
Bizim.Media

































































































