Makronla Putin arasında QARABAĞ DİALOQU - VİDEO

Makronla Putin arasında QARABAĞ DİALOQU - VİDEO

Hazırda oxunan: Makronla Putin arasında QARABAĞ DİALOQU - VİDEO

59123

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın 8 erməni hərbçisinin qaytarılmasından danışıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Makron qeyd edib ki, Fransanın böhran mərkəzi erməni hərbçilərinin geri qaytarılmasını həyata keçirmək üçün təyyarə verib: 

“Ötən cümə günü biz İlham Əliyev və Nikol Paşinyanla videokonfrans keçirdik. Orada bu məsələni qaldırdıq, həmçinin itkin düşənlər, qaçqınlar və s. məsələləri də müzakirə etdik. Bunlar da sabitliyin elementləridir”.

Fransa lideri vurğulayıb ki, prezident Putinlə danışıqlar zamanı bir sıra məsələlər üzrə ortaq mövqe ifadə olunub:

“Mən Rusiya hərbçilərinin çətin dövrdə Azərbaycan-Ermənistan sərhədində oynadığı mühüm rolu alqışlamaq istəyirəm”. 

Bizim.Media

 



 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO