Avropa İttifaqına üzv ölkələrin rəsmiləri Ukraynanın 2027-ci ilə qədər birliyə qoşulmaq niyyətini “tamamilə mümkünsüz” adlandırıblar.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi Aİ nümayəndələrinə istinadən məlumat yayıb.
“Qeyd olunan tarix tamamilə real deyil. Avropa İttifaqına üzvlük üzrə danışıqlar adətən uzun illər davam edir”, – deyə materialda qeyd olunub.
Qeyd edək ki, “Financial Times” Ukraynanın 2027-ci ilin yanvarına qədər Aİ-yə üzv ola biləcəyini yazmışdı.
Nəşrin məlumatına görə, ABŞ və Aİ Rusiya ilə müharibəyə son qoymaq üçün sülh planının bir hissəsi olaraq Ukraynanın 2027-ci ilə qədər Aİ-yə sürətləndirilmiş qoşulmasını müzakirə edirlər.
Bizim.Media
































































































