İslandiyanın milli televiziya kanalı RUV ölkənin gələn ilin mayında Vyanada keçiriləcək “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.
Bizim.Media “Der Standart”a istinadən xəbər verir ki, qərar televiziya rəhbərliyinin iclasından sonra qəbul edilib.
Qeyd edək ki, İslandiya İspaniya, Niderland, Sloveniya və İrlandiyadan sonra iştirakdan imtina edən beşinci ölkə olub. Bu addım Avropa Yayım İttifaqının (EBU) bəzi üzvlərin etirazlarına və ictimai narazılığa baxmayaraq İsrailin müsabiqəyə qatılmasına imkan verməsindən sonra atılıb.
Xatırladaq ki, “Avroviziya 2026”nın iştirakçılarının tam siyahısı 25 dekabradək açıqlanmalıdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:36 / 11.12.2025
Daha bir ölkə “Avroviziya 2026”da iştirakdan imtina etdi
Hazırda oxunan: Daha bir ölkə “Avroviziya 2026”da iştirakdan imtina etdi
Hazırda oxunan: Daha bir ölkə “Avroviziya 2026”da iştirakdan imtina etdi
585028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































