İsrail Avropa Yayım Birliyinin (EBU) qərarı ilə “Avroviziya-2026” mahnı müsabiqəsində iştirak üçün qəbul edilib.
Bizim.Media xəbər verir ki, lakin bu qərar bir sıra ölkələrin boykot dalğasına səbəb olub.
Qərardan sonra müsabiqədə iştirakdan imtina etdiyini açıqlayan ölkələr arasında İspaniya, İrlandiya və Niderland var.
İspaniyanın mədəniyyət naziri Ernest Urtasun ilk olaraq bildirib ki, əgər İsrail yenidən iştirakçı kimi qəbul edilərsə, Madrid yarışmada iştirakdan imtina edəcək. Baş nazir Pedro Sançes də İsrailin “Avroviziya” mahnı müsabiqəsindən kənarlaşdırılmasının tərəfdarı olduğunu açıqlamışdı.
İslandiyanın dövlət televiziyasının rəhbərliyi isə ölkənin yarışmada iştirakını müzakirə etməyi planlaşdırır.
Bizim.Media































































































