Avstriyada erməni tanımadığı yaşlı qadını bıçaqladı

Hazırda oxunan: Avstriyada erməni tanımadığı yaşlı qadını bıçaqladı

57220

Avstriyanın cənubunda Klagenfurt şəhərində 28 yaşlı erməni yaşlı qadına bıçaqla hücum edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Oe24.at” nəşri yayıb.

Mənbə polisə istinadən yazır ki, zərərçəkmiş xəstəxanaya aparılıb və orada əməliyyat olunub. Onun vəziyyəti stabil qiymətləndirilir.

Hücum edən şəxs saxlanılıb. Qeyd olunur ki, kişi elə güclə zərbələr endirib ki, bıçağın tiyəsi əyilib.

İstintaq zamanı məlum olub ki, hücum edənlə zərərçəkən bir-birini tanımır. Şəhərin mərkəzində, insanların gur küçələrindən birində törədilən cinayətin motivləri hələlik məlum deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO