İsveç NATO-ya üzv olmaq niyyətində deyil – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İsveç NATO-ya üzv olmaq niyyətində deyil – RƏSMİ AÇIQLAMA

56881

İsveçin xarici işlər naziri Ann Linde Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında çıxışı zamanı ölkəsinin NATO-ya üzvlük tələbi ilə bağlı planının olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiyanın RT nəşri yayıb.

“Hazırda bizim NATO-ya üzvlüklə bağlı müraciət etmək niyyətimiz yoxdur”, deyə xanım diplomat qeyd edib.

Eyni zamanda, NATO baş katibi ilə görüş zamanı İsveç və Finlandiya nümayəndələri istənilən vəziyyətdə iki ölkənin “öz təhlükəsizlik xəttini seçmək hüququna malik olmasının” vacibliyini müzakirə etmək niyyətindədirlər.
Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın əksər sahələrdə NATO standartlarına cavab verdiyini bildirərək, belə bir tələb irəli sürdükləri təqdirdə alyansa “çox tez”  ola biləcəklərini vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO