Moskvada çeçen oğlanlar bir ermənini döyüblər və onu diz çökməyə məcbur ediblər. Səbəb isə onun çeçen qadına sataşması olub.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər sosial şəbəkələrdə yayılıb.
Videodan aydın olur ki, erməni Moskva şəhərində bir çeçen qadınını öpmək istəyib. Bunu eşidən çeçen oğlanlar ondan üzr istəməyi tələb ediblər. Öncə onu döyüblər, sonra isə diz çökdürüblər.
Erməninin qarşısında isə “Sən Ermənistanda deyilsən, Rusiyadasan. Bu, son addımın olsun, əks halda ciddi cəza alacaqsan” tələbini qoyublar.
Bizim.Media