Ərdoğandan mühüm AÇIQLAMA: “Yaxın zamanda Moskvaya səfər edə bilərik” 

Ərdoğandan mühüm AÇIQLAMA: “Yaxın zamanda Moskvaya səfər edə bilərik” 

Hazırda oxunan: Ərdoğandan mühüm AÇIQLAMA: “Yaxın zamanda Moskvaya səfər edə bilərik” 

56537

"Ola bilsin, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığımız oldu və Moskvaya səfər etdim". 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin sualını cavablandırarkən bildirib. 

"Bütün sahələrdə Rusiya-Türkiyə əlaqələri davam edir. Ukrayna ilə də əlaqələrimiz çox yaxşıdır. Bu müsbət əlaqələri qorumaq lazımdır.

Biz Rusiya ilə Ukrayna arasında mövcud vəziyyəti qəbul edə bilmirik. Biz Rusiya ilə Ukrayna arasında sülhün yaranmasına vasitəçi ola bilərik. Bu istiqamətdə üzərimizə düşəni edə bilərik. Önümüzdəki günlərdə Ukraynaya səfərim var. Bundan sonra ola bilsin, Moskvaya səfər edim. Biz bölgədə sülhün hakim olmasını istəyirik", - R.T.Ərdoğan deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO