ABŞ-da erməni TƏXRİBATI: Terrorçunun şəklini Azərbaycan konsulluğunun önünə yapışdırdılar - FOTO

ABŞ-da erməni TƏXRİBATI: Terrorçunun şəklini Azərbaycan konsulluğunun önünə yapışdırdılar - FOTO

Hazırda oxunan: ABŞ-da erməni TƏXRİBATI: Terrorçunun şəklini Azərbaycan konsulluğunun önünə yapışdırdılar - FOTO

54940

ABŞ-da yaşayan ermənilər ötən gecə Azərbaycanın Kaliforniyadakı konsulluğu önündəki dirəklərə terrorçu Qurqen Yanikyanın fotosunu yapışdırıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri Azərbaycanın Kaliforniyadakı Baş Konsulu Nəsimi Ağayev öz “Twitter” hesabında paylaşıb.

Nəsimi Ağayev paylaşımında Yanikyanın nə qədər təhlükəli bir cinayətkar olduğunu göz önünə alaraq aidiyyəti qurumların məsələ ilə bağlı qəti mövqe qoymaları barəsində tələb irəli sürüb.

Xatırladaq ki, qatı erməni cinayətkarlarından və terrorçularından olan Qurqen Yanikyan 1973-cü ildə Kaliforniyada türk diplomatlara qarşı sui-qəsd edərək, onları öldürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO