“İnstagram”da YENİ FUNKSİYA - Hər kəs bunu gözləyirdi - FOTO

“İnstagram”da YENİ FUNKSİYA - Hər kəs bunu gözləyirdi - FOTO

Hazırda oxunan: “İnstagram”da YENİ FUNKSİYA - Hər kəs bunu gözləyirdi - FOTO

54927

Bütün sosial media platformaları kimi “Instagram” da daim yeni funksiyalar əlavə etməyə və istifadəçilərinə daha yaxşı imkanlar təqdim etməyə çalışır. 

Əlavə edilən funksiyalar tətbiqlər arasında rəqabəti artırsa da, istifadəçilərin rəğbətini qazanmaqda böyük rol oynayır.

Bizim.Media xəbər verir ki, “Instagram”a gələn yeni funksiya ilə bağlı bəzi detallar mediaya sızdırılıb.

“Facebook”un “Instagram”a əlavə etmək istədiyi yeni xüsusiyyət ilə şəkil paylaşma proqramı daha yaxşı bir sosial şəbəkəyə çevriləcək. Üstəlik, bu funksiya bir çox insanın tətbiqə gəlməsini istədiyi xüsusiyyətlərdən biri idi. 

Yeni “Edit Grid” funksiyasının üstünlükləri nələrdir?

Bunun nəticəsində profildəki fərdi paylaşım şəbəkəsini redaktə etmək, paylaşımları istənilən ardıcıllıqla düzmək mümkün olacaq. Hazırda funksiya məhdud sayda istifadəçi üçün əlçatan olsa da, tezliklə geniş auditoriyaya təqdim ediləcək.

Tətbiqin tədqiqatçısı Alessandro Paluzzi yeni xüsusiyyət haqqında məlumat verərək funksiya işləyərkən çəkdiyi ekran görüntülərini “Twitter” hesabında paylaşıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO