Döyüş təyyarələri havaya qalxdı: Tanklar hərəkət etdi - QARŞILIQLI TƏHDİDLƏR

Hazırda oxunan: Döyüş təyyarələri havaya qalxdı: Tanklar hərəkət etdi - QARŞILIQLI TƏHDİDLƏR

48466

Qara dənizdə müharibə küləkləri əsməkdə davam edir. Qərb dünyası rəsmi Moskvanı Ukraynanı işğal etmək planları qurmaqda ittiham edir.

Bizim.Media xəbər verir ki, bu gün döyüş təyyarələrin havaya qalxması gərginliyin qəfil artmasına səbəb olub.

Belarus Müdafiə Nazirliyi iki ölkənin (Belarus-Rusiya) döyüş təyyarələrinin Belarus sərhədində patrul uçuşları həyata keçirdiyini açıqlayıb.

Bu arada, ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı Riqada NATO-nun nazirlər toplantısında deyib ki, Rusiyanın Ukraynaya qarşı istənilən hücumu ciddi cavabla nəticələnəcək.

Rusiya lideri Vladimir Putin isə NATO-nun Ukraynada hərbi infrastrukturunu genişləndirməsinin qırmızı xətt olduğunu bir daha xatırladıb: “Ümid edirəm ki, bu xətt keçilməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO