İranda daha bir PROBLEM: Əhali elektron kartla benzin ala bilmir

Hazırda oxunan: İranda daha bir PROBLEM: Əhali elektron kartla benzin ala bilmir

43304

İranda yanacaqdoldurma məntəqələrində avtomobillərə yanacaq verilməsində problem yaşanıb.

Bizim.Media xəbər verir ki, buna səbəb yanacaqdoldurma məntəqələrinin elektron sistemində yaranmış problemdir.

İranın neft məhsullarının paylama şirkətinin məlumatında bildirilir ki, ölkə üzrə yanacaqdoldurma məntəqələrində yaranmış problemə görə təcili iclas çağrılıb.

İclasdan sonra əhaliyə problemin dəqiq səbəbi və nə vaxt aradan qaldırılacağı açıqlanacaq.

İran rəsmilərinin açıqlamasına görə, bu gün səhərdən ölkənin yanacaqdoldurma məntəqələrinə haker hucumu əhaliyə elektron kartla benzin təhvil verilməsində problem yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO