İngiltərə D vitamini ilə koronavirusla mübarizəyə başladı

Hazırda oxunan: İngiltərə D vitamini ilə koronavirusla mübarizəyə başladı

3894

COVID-19 ilə mübarizə çərçivəsində, İngiltərədə bu qış təxminən üç milyon xəstə və yaşlılara pulsuz D vitamini veriləcək.

Bizim.Media "The Guardian"a istinadən bildirir ki, ölkədəki bütün qocalar evinə də vitamin göndəriləcək. Həmçinin səhətində problemi olanlar, yaşlılar üçün preparat evlərə çatdırılacaq.

Həkimlər D vitamininin Covid-19-a qarşı effektili üsul hesab ediblər. Karantin rejimində  günəş şüasının az qəbul edildiyi vaxtda xüsusilə preparatın qəbulunu vacib sayırlar.

"Hər kəsə, xüsusən də yaşlılara, çölə çıxmayanlara və dərisi tünd rəng olanlar insanlara hər gün 10 mikrogram (400IU) D vitamini qəbul etməyi məsləhət görürük." - deyə İngiltərənin Xalq Sağlamlıq Mərkəzinin baş dietoloqu Alison Tedston vurğulayıb.

Qeyd edək ki, İngiltərədə D vitaminin evlərə çatdırılmasına yanvar ayından başlayacaq və qış aylarında davam etdiriləcək.

Yusibli Səkinə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO