İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə jurnalistlərə açıqlamasında ölkənin raket istehsalı ilə bağlı fəaliyyətindən danışıb.
Moderator.az-ın Media forum-a istinadən məlumatına görə, Əmirəli Hacızadə deyib: “İran istədiyi vaxt qitələrarası raketlər istehsal etmək gücünə malikdir. Lakin düşmənlərimiz bizə yaxın olduğundan hələlik bu sahəyə külli miqdarda vəsait qoymağa ehtiyac duymuruq. Biz həmçinin Tel-Əvivin mərkəzinə qədər uçmağa və əməliyyat keçirməyə qadir olan pilotsuz təyyarələr istehsal etmişik”.


































































































