Çimərliklərdə sirli köpük ÜZƏ ÇIXDI - 100-dən çox insan XƏSTƏXANALIQ OLDU

Çimərliklərdə sirli köpük ÜZƏ ÇIXDI - 100-dən çox insan XƏSTƏXANALIQ OLDU

Hazırda oxunan: Çimərliklərdə sirli köpük ÜZƏ ÇIXDI - 100-dən çox insan XƏSTƏXANALIQ OLDU

239957

Cənubi Avstraliya çimərliklərində peyda olan sirli köpük müxtəlif dəniz canlılarının ölümünə səbəb olub.

Bizim.Media xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, bölgədəki çimərliklər lilə bənzəyən qalın sarı-yaşıl köpüklə örtülüb. Eyni zamanda, tələf olan dəniz atları, müxtəlif balıqlar və osminoqlar dalğalar vasitəsilə sahilə atılıb.

Köpüklü dənizdə üzən 100-dən çox sörfçü bulanıq görmə, göz qaşıntısı, öskürək və nəfəs darlığı kimi qəribə simptomlardan şikayətlənməyə başlayıb.

Avstraliyanın Ətraf Mühitin Mühafizəsi Departamenti köpüklü çimərlikləri müvəqqəti olaraq ictimaiyyət üçün bağlayıb.

Versiyalardan birinə görə, dənizdəki köpük durğun su və yüksək temperatur sayəsində mikroyosunların çiçəklənməsi səbəbindən meydana çıxıb.

Qeyd edək ki, Cənubi Avstraliya son aylar həddindən artıq istilərlə üzləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO